Sabiq prorektor vəfat etdi

16:32 - 13 Mart 2024

Sabiq prorektor vəfat etdi

Tanınmış alim, filologiya elmləri doktoru, professor Aydın Ələkbərov vəfat edib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, o, 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aydın Ələkbərov uzun illər AMEA-nın Dilçilik İnstitutunda elmi işçi, elmi katib, böyük vә baş elmi işçi, eləcə də şöbә müdiri vəzifələrində işləyib.

O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) prorektor, kafedra müdiri vәzifәlәrindә çalışıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin