Xocalıdakı insan qalıqlarından daha birinin kimliyi bilindi

11:33 - 18 Mart 2024

Xocalıdakı insan qalıqlarından daha birinin kimliyi bilindi

“Xocalıda kütləvi məzarlıqlarda aşkar edilmiş insan qalıqlarından daha birinin şəxsiyyəti müəyyən edilib”.

Manset.az xəbər verir ki, bunu eyni məsələ ilə bağlı keçirilən brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Şöbə rəisinin sözlərinə görə, qalıqlar Nəcəfov Şiraslan Məmiş oğluna məxsusdur. Müayinə zamanı qalıqları tapılan şəxslərin hər birinin 25 il əvvəl basdırıldıqları müəyyən edilib.

***

Baş prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev əlavə edib ki, Xocalıda kütləvi məzarlıqda aşkar edilən cəsədlərin üzərində fikizi zorakılıq əlamətləri müəyyən edilib.

Qurum rəsmisi məlumatın ilkin müayinənin nəticəsinə əsaslandığını deyib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin