Yasamalda Novruz şənliyi keçirildi - FOTOLAR

16:46 - 18 Mart 2024

Yasamalda Novruz şənliyi keçirildi - FOTOLAR

Yasamal rayonu Hüseyn Cavid parkında rayon sakinlərinin iştirakı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

 

Manset.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar şənlikdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları, ali məktəb rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, yerli idarə və təşkilatların rəhbərləri, əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak edib.

Bayram şənliyində bildirildi ki, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Novruz bayramının dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu gözəl ənənə prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim etdilər. Bayram şənliyi Yasamal rayonunun sakinləri tərəfindən böyük çoşqu və məmnunluqla qarşılandı.



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin