Əliyev və Rəisi dövlət sərhədində görüşdülər - FOTOLAR
19 May 2024
15:57 - 19 Mart 2024
Moldova Xarici İşlər Nazirliyi Rusiya nümayəndə heyətini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kişinyovda keçiriləcək sessiyasında görmək istəmir.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlik Rusiyanın respublikadakı səfiri Oleq Vasnetsova məlumat verib.
Məlumatda qeyd edilir ki, “bu tədbirin təşkilatçısı və aparıcısı Xarici İşlər Nazirliyidir. Onlar Rusiya Federasiyasının nümayəndə heyətini bu sessiyada görmək istəmirlər və bizə təklif etdilər ki, Rusiya nümayəndə heyəti istəsə onlayn danışsın. ”
Vasnetsov vurğulayıb ki, bu addım Moldova hakimiyyətinin Moskvaya qarşı qeyri-dost münasibətini bir daha göstərir.
Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarından birini persona non-qrata elan edib və ona ölkəni tərk etməyi əmr edib.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin