Hakan Fidan Stoltenberqlə danışıqlar apardı

22:12 - 25 Mart 2024

Hakan Fidan Stoltenberqlə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bununla bağlı Türkiyənin diplomatik mənbələri məlumat yayıb.

Məlumata əsasən, danışıq zamanı regional məsələlər müzakirə olunub.

Fidan ilə Stoltenberq, eyni zamanda, gələn həftə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısına hazırlıq ətrafında da fikir mübadiləsi aparıblar.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin