Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən “44” tammetrajlı bədii filminin çoxdan gözlənilən premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində baş tutacaq.
Manset.az xəbər verir ki, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən filmin baş rollarında Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel yer alırlar.
Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli və Türkay Cəfərli də daxildir.
Filmin çəkilişləri Bakı ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.
Premyeradan sonra “44” filminin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.
Premyera ərəfəsində film üçün 12 tizer hazırlanıb. Tizerlər qarşıdakı həftələr ərzində mərhələli şəkildə təqdim olunacaq. Filmin ilk tizeri isə sabah yayımlanacaq.