Bayram günlərində təcili yardıma müraciət edənlərin sayı açıqlandı

10:35 - 27 Mart 2024

Bayram günlərində təcili yardıma müraciət edənlərin sayı açıqlandı

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə martın 20-26-da 15 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. 

Daha çox 21, 22 və 23 mart tarixlərində müraciət qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 366, hospital olunanların sayı 214, martın 23-də isə müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin