"Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır" - Prezident
29 Aprel 2024
00:44 - 28 Mart 2024
İtaliyalı 2 qat dünya, 4 qat Avropa çempionu Frank Çamiso aprelin 5-dən 7-dək Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək.
Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə UWW məlumat yayıb.
Sərbəst növdə 74 kq çəki dərəcəsində yarışacaq Çamiso keçən il Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında lisenziya qazana bilməyib.
İtaliyalı Bakıdakı turnirin hazırlıqlarının bir hissəsini Tokiodakı keçib. Ölkəmizi onun çəkisində Turan Bayramov təmsil edəcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turnirinin proqramına əsasən sərbəst güləşçilər aprelin 7-də xalçaya çıxacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin