49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

23:55 - 28 Aprel 2024

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə S.Ağayevanın həyat yoldaşı Laçın Ağayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin