Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərdə işə qəbul üçün qeydiyyat davam edir

20:29 - 14 May 2024

Müəllimlərin NƏZƏRİNƏ: Bu məktəblərdə işə qəbul üçün qeydiyyat davam edir

Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq müsabiqəyə qeydiyyat mayın 22-i, saat 18:00-da yekunlaşacaq.

 

Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, işə qəbul qaydaları, test imtahanı və müsahibə mərhələsinin proqramları, habelə məktəb və mərkəzlərdə mövcud olan vakansiyalarla bağlı ətraflı məlumatı culture.gov.az və dim.gov.az saytlarından əldə etmək mümkündür.
 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin