Çinin Qansu əyalətindəki özəl bağçada 19 uşaq zəhərlənib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Shanghai Zhebao” nəşri məlumat yayıb.
Məlumata görə, uşaq bağçasının müdiri cinayət məsuliyyətinə cəlb edilib.
Xəsarət alan 19 uşaq xəstəxanaya yerləşdirilib. Onların qanında qurğuşun səviyyəsi 379 mkq/l-ə çatıb, halbuki norma 250 mkq/l hesab olunur. Valideynlərin dediyinə görə, uşaqlarda bir neçə ay ərzində ürəkbulanma, ishal, qarın və ayaq ağrısı kimi simptomlar müşahidə olunub.
Yerli hökumət çirklənmənin mənbəyini tapmaq üçün işçi qrupu yaradıb. Rəsmilər istifadə edilən qida əlavəsi ilə bağlı hələlik məlumat açıqlamayıblar.