Renat Dadaşov Türkiyə Superliqasında ilk "5-liy"ə düşdü

12:42 - 14 May 2024

Renat Dadaşov Türkiyə Superliqasında ilk

Azərbaycan millisinin və "Hatayspor"un futbolçusu Renat Dadaşov bu mövsüm Türkiyə Superliqasında əldə etdiyi fürsətləri daha çox dəyərləndirən hücumçuların sırasında yer alıb.

 

Manset.az xəbər verir ki, bu barədə "DataMB Türkiye" araşdırma aparıb.

24 yaşlı forvard 22,727 % göstərici ilə 5-ci pillədə qərarlaşıb. O, yalnız "Adana Dəmirspor"da çıxış edən MBaye Nyanq (29,630 %), "Qalatasaray"dan Mauro İkardi (23,596 %), "Pendikspor"dan Mam Tiam və "Kasımpaşa"dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.

Qeyd edək ki, Dadaşov ötən ilin sentyabrında İsveçrə klubu "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib. Hücumçu cari mövsüm çempionatda 6 qola imza atıb. Hatay təmsilçisi hazırda 37 xalla 18-ci pillədə qərarlaşıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin