logo
logo logo
logo

Avropada yeniyetmələrə sosial şəbəkə qadağası tətbiq olunacaq 

14:15 - 18 Sentyabr 2026

Avropada yeniyetmələrə sosial şəbəkə qadağası tətbiq olunacaq 

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen 13 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən və 13-15 yaşlı yeniyetmələrin girişini məhdudlaşdıran yeni "Uşaqlar haqqında qanun"u (Kids Act) rəsmən təklif edib.


Manset.az xəbər verir ki, Avropa Komissiyası bu məsələdə mərhələli və fərqləndirilmiş yanaşma tətbiq edəcək.

"Hər bir yaş qrupunun özünəməxsus xüsusiyyətləri var və bu səbəbdən hər kəs üçün fərdi müdafiə səviyyəsi müəyyənləşdiriləcək: 13 yaşdan kiçik olanlar üçün heç bir sosial şəbəkə, 15 yaşından kiçiklər üçün isə fərdi hesablar olmayacaq. Bu o deməkdir ki, 13 yaşından 15 yaşına qədər yalnız valideynlər və ya qəyyumlar tərəfindən yaradılan və idarə olunan, funksiyaları məhdudlaşdırılmış və gündə maksimum bir saat vaxt limiti olan mini-hesablara icazə veriləcək. 15-18 yaş arası uşaqlar üçün isə platformaların təhlükəsiz dizaynı məcburi xarakter daşıyacaq", - deyə komissiya sədri bildirib.

Həmçinin fon der Lyayen 18 yaşdan kiçik uşaqlara xidmət göstərən onlayn oyunlar, video xidmətlər, süni intellekt çat-botları və sosial platformalar üçün bir sıra öhdəliklərin tətbiq olunmasını təklif edib. Bu tədbirlər xüsusilə "Facebook", "Instagram" və "YouTube" kimi şəbəkələrə şamil ediləcək.
/lent.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az