logo
logo logo
logo

Milli Musiqi Günü ilə bağlı fləşmob - VİDEO

15:33 - 18 Sentyabr 2026

Milli Musiqi Günü ilə bağlı fləşmob - VİDEO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr - Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər.


Manset.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi parçası təqdim ediblər. 

İfaçılar - Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib.

İnklüzivliyi və milli musiqimizin zənginliyini tərənnüm edən bu təşəbbüs sərnişinlərin marağına səbəb olub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az