logo
logo logo
logo

İnam Kərimov Seulda Konfransda iştirak etdi

13:50 - 18 Sentyabr 2026

İnam Kərimov Seulda Konfransda iştirak etdi

2026-cı il 16–18 sentyabr tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Asiya və Sakit okean regionu ölkələri Ali Məhkəmələri sədrlərinin 20-ci Konfransında iştirak edib.


Bu barədə Manset.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, konfrans çərçivəsində məhkəmə hakimiyyətinin rolu, məhkəmə və hüquq sahəsində süni intellektdən istifadə, hakimlərin təlim və təhsilinin müasir çağırışlara uyğunlaşdırılması, məhkəmələrə ictimai etimadın gücləndirilməsi, media ilə əlaqələr, məhkəmə müstəqilliyinin qorunması, arbitrajın inkişafı və digər aktual məsələlər müzakirə olunub.

İnam Kərimov “Məhkəmə hakimiyyətinin rolu – müxtəlif yurisdiksiyalardan fərqli baxışlar” mövzusunda keçirilən müzakirə sessiyasında məruzə ilə çıxış edib. Çıxış zamanı ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və məhkəmə sisteminin müasir çağırışlara uyğun inkişafı barədə konfrans iştirakçılarına məlumat verilib. Həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə xidmətlərinin əlçatanlığının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Azərbaycanın məhkəmə sisteminin qarşısında duran müasir çağırışların həllində beynəlxalq əməkdaşlığın mühüm rolu diqqətə çatdırılıb.

Sessiyada müxtəlif ölkələrin məhkəmə sistemlərinin təcrübəsi, məhkəmə hakimiyyətinin müasir cəmiyyətdə rolu və qarşıda duran çağırışlar müzakirə olunub.

Səfər çərçivəsində İnam Kərimov Koreya Respublikası Ali Məhkəməsinin sədri Jo Hee-de, Latviya Respublikası Ali Məhkəməsinin sədri Aigars Strupis, Çex Respublikası Ali Məhkəməsinin sədri Petr Angyalossy və Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ömer Kerkez ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, məhkəmə sistemlərinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az