Antalya Belek Universitetində təşkil olunan "Qəzza üçün Elm Kafesi" tədbirində müharibə və ağır dağıntılara baxmayaraq, Qəzzada təhsillərini davam etdirməyə çalışan tələbələrin mübarizəsi müzakirə olunub. Tədbirdə bölgədəki təhsil şəraiti, humanitar vəziyyət, informasiya kirliliyi və dezinformasiya mövzuları da qiymətləndirilib.
Manset.az xəbər verir ki, Antalya Belek Universitetinin Elm Kommunikasiyası Ofisi tərəfindən, Ali Təhsil Şurasının (YÖK) Elm Kommunikasiyası koplikasiyası ilə keçirilən tədbirdə Serik İMKB Peşə və Texniki Anadolu Liseyinin şagirdləri iştirak ediblər. Universitetin İbrahim Coşkun Konfrans Zalında baş tutan proqramın moderatorluğunu Qurumsal Kommunikasiya və Tanıtım müdiri Kübra Çelenk edib.
Tədbirdə jurnalist-yazıçı İsmail Polat məruzəçi qismində çıxış edib. İ.Polat Qəzzanın coğrafi və demoqrafik quruluşundan başlayaraq bölgədəki müharibənin tarixi prosesini, humanitar şəraitini və mühasirənin təsirlərini diqqətə çatdırıb. Təhsil müəssisələrinin müharibə səbəbindən məruz qaldığı dağıntılara da toxunan jurnalist, şagird və tələbələrin bütün çətinliklərə baxmayaraq təhsillərini davam etdirmək səylərinin vacibliyini vurğulayıb.
Qəzzada çoxlu sayda məktəb və universitetin istifadəyə yararsız hala düşdüyünü bildirən İsmail Polat, təhsil fəaliyyətlərinin çadırlarda və ağır xəsarət almış binalarda davam etdirilməyə çalışıldığını deyib. Səhiyyə xidmətlərindəki çətinliklərə də toxunan Polat, bölgədəki tibbi imkanların yetərsizliyi ilə bağlı qiymətləndirmələr aparıb.
Proqramda Qəzzadakı informasiya blokadası və rəqəmsal platformalarda aparılan məlumat mübarizəsi də nəzərdən keçirilib. Gənclərin sosial media və rəqəmsal məkanlarda qarşılaşdıqları məlumatları sorğulamalarının vacibliyinə diqqət çəkən İ.Polat, dezinformasiya ilə mübarizədə etibarlı mənbələrin izlənilməli olduğunu ifadə edib.
"İnformasiya kirliliyinə qarşı tənqidi yanaşılmalıdır"
İsmail Polat gənclərin informasiya əsrində yaşadığını, lakin bu dövrün ən böyük problemlərindən birinin məlumat kirliliyi və manipulyasiya olduğunu bildirərək deyib: “Paylaşılan məlumatları kor-koranə qəbul etmək əvəzinə onları sorğulamaq, dürüst faktları izləmək və mənbələrin etibarlılığını araşdırmaq çox vacibdir”.
Tədbirdə, həmçinin Fələstinlə həmrəylik, mədəni irs və həqiqət uğrunda mübarizə mövzuları diqqət mərkəzində olub. Proqram şagirdlərin Qəzza və bölgədəki təhsil şəraitinə dair suallarının İsmail Polat tərəfindən cavablandırılmasından sonra yekunlaşıb.