Tacikləri Rusiyaya buraxmırlar: Hava limanlarından geri qaytarılır

00:05 - 29 Aprel 2024

Tacikləri Rusiyaya buraxmırlar: Hava limanlarından geri qaytarılır

Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi bildirib ki, hazırda minə yaxın ölkə vətəndaşı Moskva hava limanlarında “ilişib” qalıb.


Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, Səmədinin TASS-a dediyinə görə, onların arasında Rusiya universitetlərində təhsil almağa gələnlər də var: “Moskva hava limanlarında ilişib qalan Tacikistan vətəndaşları ilə bağlı vəziyyət ağır olaraq qalır".
Onun sözlərinə görə, aprelin 27-də günün sonuna olan məlumata görə, Vnukovo hava limanının vətəndaşlarının müvəqqəti saxlanma zonasında 954 Tacikistan vətəndaşı var. Səmədi bildirib ki, Vnukovoda 322 Tacikistan vətəndaşı Rusiya ərazisinə buraxılıb: “Artıq qovulanların sayı 27-dir”.
Səmədinin sözlərinə görə, analoji vəziyyət Moskvanın digər hava limanlarında - Jukovski, Domodedovo və Şeremetyevoda da müşahidə olunur, burada onlarla tacikistanlı mühafizə zonalarındadır.
O əlavə edib ki, mövcud vəziyyətlə əlaqədar Tacikistanın Moskvadakı diplomatik nümayəndəliyinin konsulluq xidməti 24 saat fəaliyyət göstərən operativ qərargah açıb.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin