Azərbaycanda daha bir qəza: Yaralılar var

19:07 - 13 May 2024

Azərbaycanda daha bir  qəza: Yaralılar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

 

Manset.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Prado” markalı minik avtomobili mikroavtobusa çırpılıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin