ABŞ-nin İrandakı dərin yeraltı obyektlərə mümkün hücum hazırlıqları ilə bağlı diqqətçəkən məlumat yayılıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, bildirilir ki, Nyu-Meksiko ştatında yerləşən Uayt-Sends raket poliqonunda İrandakı yeraltı nüvə obyektlərinə qarşı əməliyyatlarda istifadə oluna biləcək silahların sınaqdan keçirilməsi ilə bağlı işlər sürətləndirilib.
İddialara görə, ABŞ İrandakı dərin yeraltı obyektlərə mümkün zərbələrə hazırlaşmaq məqsədilə Nyu-Meksikodakı Uayt-Sends raket poliqonunda apardığı işlərin tempini artırıb. “CNN International”ın araşdırdığı peyk görüntüləri və Pentaqonun sənədləri ABŞ-ın İranla müharibə başlamazdan az əvvəl yeraltı hədəflərə qarşı istifadə edilə biləcək silahların yeni sınaqlarına hazırlıq gördüyünü göstərir.