logo
logo logo
logo

İsrail ordusu Qəzzada HƏMAS-ın iki komandirini zərərsizləşdirdi

23:03 - 11 Sentyabr 2026

İsrail ordusu Qəzzada HƏMAS-ın iki komandirini zərərsizləşdirdi

İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının silahlı dəstələrinin iki komandirini zərərsizləşdiriblər.


Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuri olub. O, sentyabrın 11-nə keçən gecə endirilən dəqiq zərbə nəticəsində öldürülüb. Ordunun məlumatına görə, eyni zamanda HƏMAS-ın həmin bölməsindən daha iki radikal da öldürülüb.

Başqa bir əməliyyat nəticəsində Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müamin Cabir əs-Seyid Əbu Ləbda öldürülüb. İsrail hərbçilərinin məlumatına görə, o, Rəfahda HƏMAS-ın snayperlər bölməsinə komandirlik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az