Norveç kralı V Haraldın vəfatından sonra onun böyük bacısı şahzadə Astridin də 94 yaşında dünyasını dəyişdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Norveç Kral Sarayının yaydığı açıqlamada deyilir: “Şahzadə Astridin vəfatı xəbərini böyük kədərlə bildiririk”.
Açıqlamada V Haraldın avqustun 28-də vəfat etməsindən sonra onun bacısı şahzadə Astridin də dünyasını dəyişdiyi qeyd olunub. Həmçinin şahzadənin sentyabrın 9-da paytaxt Osloda qardaşı üçün keçirilən dəfn mərasimində iştirak etdiyi xatırladılıb.
1932-ci ildə Norveçdə anadan olan şahzadə Astrid 1954-cü ildə anası Martanın vəfatından sonra, 22 yaşında ölkənin birinci xanımı vəzifəsini icra etməyə başlayıb.