Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb.
Manset.az bu barədə "İzvestiya"ya istinadən xəbər verir.
Məlumata görə, qəzada 8 nəfər xəsarər alıb və tibb müəssisələrinə yerləşdirilib.
İnsidentin başvermə şəraiti müəyyənləşdirilir.
Məlumata görə, M-8 magistralında taxta daşıyan "KamAZ" yük avtomobili, mikroavtobus və minik avtomobili toqquşub.