logo
logo logo
logo

Tramp həmkarından bunları tələb etdi

21:30 - 11 Sentyabr 2026

Tramp həmkarından bunları tələb etdi

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasındakı həmkarı Siril Ramafosaya məktub göndərərək, yerinə yetirildiyi təqdirdə iki ölkə arasındakı münasibətləri yaxşılaşdıra biləcək tələbləri irəli sürüb.


Manset.az xəbər verir ki, “Daily Maverick” nəşri mənbələrə istinadən bu barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, məktub Afrika liderinə ABŞ-ın Cənubi Afrikadakı səfiri Leo Brent Bozell tərəfindən çatdırılıb. Məktubda, digərləri ilə yanaşı, aşağıdakı tələblər də yer alıb:

ölkə qoşulmama siyasətinə dəstək nümayiş etdirməlidir;

İran kimi ABŞ-ın rəqiblərindən məsafə saxlamaq;

fermerlərin zorakılıqdan qorunmasını prioritetləşdirmək;

torpaqların kompensasiya ödənilmədən özgəninkiləşdirilməsi haqqında qanunu ləğv etmək;

Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenya bildirib ki, lider bu müraciətə müvafiq vaxtda cavab verəcək, lakin konkret vaxt çərçivəsi açıqlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az