logo
logo logo
logo

""Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq" - Ərdoğan

20:30 - 11 Sentyabr 2026

\"\"Terrorsuz Türkiyə\" prosesi ilə bağlı tarixi addım atdıq\" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.


Manset.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışında deyib.

O bildirib ki, "Terrorsuz Türkiyə" prosesi çərçivəsində əldə olunan nəticə mühüm siyasi razılaşmanın göstəricisidir:

"Türkiyə olaraq bu yolda tarixi addım atdıq. Əvvəllər görünməmiş 467 səslə əldə olunan razılaşma nəticəsində bizə çox güclü dəstək verildi. Millətimiz terror məsələsinin bir daha gündəmə gətirilməməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdi".

Ərdoğan bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə çağırıb və cəmiyyətin həssas məqamlarını gərginləşdirəcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

"Hamı sağlam düşüncə ilə hərəkət etməli, cəmiyyətin həssaslığını nəzərə almalıdır. Türkiyənin büdrəməsindən fayda gözləyənlərə material verməkdən uzaq durmaq lazımdır. Əgər bu mövqeyimizdən geri çəkilsək, ölkəmiz qızıl dəyərində olan illərini itirəcək", – Türkiyə Prezidenti qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) müvafiq komissiyası "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az