İmişlidə ev yandı - VİDEO

17:23 - 13 May 2024

İmişlidə ev yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhərinin Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Manset.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları 40m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə edilib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin