“Qarabağ” öz rekordunu təkrarladı

11:01 - 13 May 2024

“Qarabağ” öz rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə 91-ci qolunu vurub.

 

Manset.az xəbər verir ki, Ağdam klubu bu rəqəmə 34-cü turun “Zirə” ilə görüşündəki 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022-23 mövsümündə 91 dəfə fərqlənib. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdi.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin