Yağış yağdı: 270-dən çox insan öldü

18:15 - 13 May 2024

Yağış yağdı: 270-dən çox insan öldü

Keniyada mart ayından bəri yağan güclü yağışlar nəticəsində azı 277 nəfər ölüb.


Manset.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.

"El-Ninyo hava fenomeni ilə yağışlar daha da güclənib. Hökumətin məlumatlarına görə, mart ayından bəri daşqınlarla əlaqəli fəlakətlərdə ən azı 277 nəfər ölüb", deyə məlumatda bildirilir.

Bundan əvvəl yerli NTV Keniya telekanalı Daxili İşlər Nazirliyinin bəyanatına istinadən, Keniyada mart ayından bəri baş verən daşqınlar nəticəsində ölənlərin sayının 238-ə çatdığını, 70-dən çox adamın itkin düşmüş hesab edildiyini bildirmişdi.

Məlumata görə, 290 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bununla belə, qurbanların sayı arta bilər, çünki 75 nəfər itkin düşmüş hesab olunur.

"France Presse" hökumətə istinadən xəbər verir ki, Keniyada məktəblərin 90%-dən çoxu bazar ertəsi fəaliyyətini bərpa edib. Əvvəllər məktəblərin üç həftəlik tətil başa çatdıqdan sonra aprelin 19-da açılması nəzərdə tutulmuşdu, lakin yağış nəticəsində bəzi məktəblər, eləcə də yollar zədələndiyi üçün onların açılışı iki dəfə təxirə salınıb.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin