Avrokubokların final oyunlarının hakimləri bəlli oldu

19:47 - 13 May 2024

Avrokubokların final oyunlarının hakimləri bəlli oldu

2023/2024 mövsümündə avrokubokların final oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə UEFA-nın "X" səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, Çempionlar Liqasında "Real" (Madrid) və "Borussiya" (Dortmund) arasında keçiriləcək final görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək. Avropa Liqasının həlledici mərhələsində üz-üzə gələcək "Bayer 04" və "Atalanta" komandalarının oyununa rumıniyalı İştvan Kovaç təyin olunub.

Konfrans Liqasının final görüşü olan "Olimpiakos" - "Fiorentina" matçına portuqaliyalı Artur Soareş Diaş təyinat alıb.

Qadınlar arasında Çempionlar Liqasının qalibinin müəyyənləşəcəyi "Barselona" - "Lion" görüşünə isə Rebekka Uelş təyin edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin