Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper ilə görüşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Yaxın Şərqdəki son vəziyyətin müzakirə olunduğu bildirilib.
Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyinin məlumatına görə, Məhəmməd bin Salman CENTCOM rəhbəri Bred Kuperi və onun rəhbərlik etdiyi nümayəndə heyətini Ciddə şəhərində qəbul edib.
Görüş zamanı Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı münasibətlər, həmçinin regionda baş verən son hadisələr müzakirə olunub.
Görüşdə Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Kabinetinin üzvü və milli təhlükəsizlik müşaviri Müsaid bin Məhəmməd əl-Eyban da iştirak edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bir müddətdir Yəməndə İrandan dəstək alan husilərin hücumlarına məruz qalır. Hücumlar zamanı ölkədəki enerji istehsalı obyektləri də daxil olmaqla, müxtəlif məntəqələr hədəfə alınır.