Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində iki sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən yol qəzasında 21 nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların da olduğu bildirilir. Əraziyə təcili tibbi yardım və yol hərəkəti üzrə müvafiq qruplar göndərilib.
Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.