logo
logo logo
logo

Aİ-dən süni intellekt şirkətlərinə XƏBƏRDARLIQ

18:06 - 14 Sentyabr 2026

Aİ-dən süni intellekt şirkətlərinə XƏBƏRDARLIQ

Avropa İttifaqı (Aİ) Komissiyası şirkətlərin Avropa bazarına çıxardıqları süni intellekt sistemlərinin təhlükəsiz olduğunu sübut etməli olduqlarını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Tomas Reynyer Brüsseldə keçirilən gündəlik mətbuat konfransında süni intellekt modellərinin hazırlanma sürətinin təhlükəsizlik məqsədilə ləngidilməsinə dair sualları cavablandırıb.

Aİ-nin süni intellektin təhlükəsizliyi məsələsində fəal rol oynadığını bildirən Reynyer İttifaqın bu sahədə öncül mövqedə olduğunu qeyd edib.

Reynyer süni intellekt sistemlərinin hazırlanması və istifadəyə verilməsi zamanı vətəndaşların müdafiəsini təmin edəcək təhlükəsizlik tədbirlərini həyata keçirdiklərini vurğulayıb.

O deyib: “Süni İntellekt haqqında Qanun qüvvədədir və biz onu tətbiq edirik. İlk məlumat sorğularımızı da göndərmişik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az