logo
logo logo
logo

Netflix məşhur oyunu filmə çevirəcək

18:00 - 14 Sentyabr 2026

Netflix məşhur oyunu filmə çevirəcək

Dünyaca məşhur “Diablo” videooyun seriyası animasiya serialı ilə Netflix ekranlarına gəlməyə hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Blizzard Entertainment şirkətinin prezidenti Yohanna Faries şənbə günü Anaheim Konqres Mərkəzində keçirilən BlizzCon 2026-nın açılış mərasimində “Diablo”nun animasiya serialı üçün uyğunlaşdırıldığını açıqlayıb.

30 illiyini qeyd edən “Diablo” seriyasının yeni ekran işi qaranlıq Sanctuary dünyasında cərəyan edəcək. Süjetdə bəşəriyyət Yüksək Cənnətlər ilə Yanan Cəhənnəmlər arasında gedən əbədi müharibənin ortasında qalır.

Layihə Blizzard şirkətinin məşhur videooyun kainatlarını müxtəlif platformalara və digər media sahələrinə daşımaq strategiyasının növbəti mərhələsi olacaq.

Bununla yanaşı, tədbirdə “Diablo V” oyununun da hazırlanmaqda olduğu və onun 2029-cu ilin yazında təqdim ediləcəyi açıqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az