BMT-nin əməkdaşları "Rəfah" yaxınlığında yaralandı

22:49 - 13 May 2024

BMT-nin əməkdaşları

BMT-nin azı iki əməkdaşı Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı hərbi əməliyyatlarda yaralanıb.

 

Manset.az  bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

İsrailin “Kan” radiostansiyasından qeyd edilib ki, təhlükəsizlik xidmətləri hadisənin baş vermə şəraitini araşdırır.

Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 150-dən çox obyektini məhv etməklə Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin