“Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atdı

17:55 - 13 May 2024

“Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atdı

Azərbaycan Premyer Liqasının 33-cü turunda “Qarabağ”dan 5 top buraxan “Neftçi” klubu 34-cü turda “Kəpəz”in qapısına eyni sayda qol vurub - 0:5 və 5:1.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox top buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib. 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci dəfə belə hadisə yaşanıb.

Buna sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/12 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib - 5:1.
“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə oyunlar ardıcıllığı yaşayıb. Tovuzlular 1997/98 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998/99 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000/01 (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt “Xəzər”i 1999/2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001/02 (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox top buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin