logo
logo logo
logo

İrandakı AES-ə hücumla bağlı araşdırma başladı - YENİLƏNDİ

17:02 - 19 İyul 2026

İrandakı AES-ə hücumla bağlı araşdırma başladı - YENİLƏNDİ

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın (BAEA) "Darkhovin" Atom Elektrik Stansiyasının (AES) tikinti sahəsinə gecə saatlarında baş vermiş hücumla bağlı məlumatları araşdırır.


Manset.az xəbər verir ki, bu barədə BAEA "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Obyekt tikintinin ilkin mərhələsindədir və BAEA tərəfindən sonuncu dəfə ziyarət edilərkən orada heç bir nüvə materialı yox idi", - məlumatda bildirilib.

Qeyd olunub ki, hücumun hər hansı radioloji risk yaratdığı güman edilməsə də, BAEA-nın Baş direktoru Rafael Qrossi nüvə ilə əlaqəli bütün obyektlərin yaxınlığında hərbi əməliyyatlara qarşı çağırışını təkrarlayır:

"BAEA İranla əlaqə saxlayıb və əlavə məlumat əldə olunduqca təqdim edəcək".



15:16


İranın Atom Enerjisi Təşkilatı (İAET) ABŞ-nin "Darkhovin" Atom Elektrik Stansiyasına (AES) hücumunu pisləyib.


Manset.az xəbər verir ki, bu barədə İAET-yə istinadən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Telegram" kanalında məlumat yayıb.

ABŞ beynəlxalq hüquqa zidd olan akt törədib", - məlumatda bildirilib.

Qeyd olunub ki, bazar günü yerli vaxtla səhər saat 3:39 radələrində Amerika qüvvələri inşası davam edən "Darkhovin" AES-ə zərbə endirib.

Dağıntı və dəyən ziyan barədə məlumat açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az