logo
logo logo
logo

Sabunçu rayonunda açıq ərazidə YANĞIN

17:55 - 19 İyul 2026

Sabunçu rayonunda açıq ərazidə YANĞIN

Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Nazirlikdən Manset.az-a verilən xəbərə görə, yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının söndürülməsi tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 5 ədəd texnikası və 26 nəfərdən ibarət şəxsi heyəti cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az