logo
logo logo
logo

Danimarkalı ulduzdan acı xəbər

21:35 - 19 İyul 2026

Danimarkalı ulduzdan acı xəbər

"Tur de Frans" yol velosipedi yarışının ikiqat qalibi, danimarkalı Yonas Vingeqor aldığı zədə səbəbindən yarışda mübarizəni dayandırıb.


Manset.az xəbər verir ki, hadisə yarışın 15-ci mərhələsində baş verib.

Qeyd edək ki, Vingeqor 14-cü mərhələdən sonra ümumi sıralamada ikinci pillədə qərarlaşmışdı. 29 yaşlı Vingeqor 2022 və 2023-cü illərdə "Tur de Frans"ın ümumi təsnifatının qalibi olub. Danimarkalı idmançı, həmçinin 2025-ci ildə "İspaniya Vuelta"sının, 2026-cı ildə isə "İtaliya Cirosu"nun qalibi adını qazanıb.

Xatırladaq ki, 21 mərhələdən ibarət olan "Tur de Frans" iyulun 26-da başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az