logo
logo logo
logo

Həbsdə olan tanınmış jurnalistin səhhəti pisləşdi

10:53 - 19 İyul 2026

Həbsdə olan tanınmış jurnalistin səhhəti pisləşdi

Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətində ciddi problem yaranıb.


Manset.az xəbər verir ki, bu haqda  onun anası Zemfira İsrafilova məlumat verib. O, bildirib ki, Azər Hepatit C xəstəliyindən əziyyət çəkir və son vaxtlar ağrıları artıb.

Z. İsrafilova 11 Saylı Cəzaçəkmə Müəssisəsində olan oğlunun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. 

“Təxminən 2 ay əvvəl Azəri Müalicə Müəssisəsinə aparıb tibbi müayinədən keçiriblər. Lakin bir neçə gün müalicə alandan sonra yenidən geri qaytarıblar. Bu müalicə ona heç bir fayda verməyib. Artıq necə gündür Azərin vəziyyəti pisləşib. Yemək yeyə bilmir, iştahasızlıq yaranıb və yediklərini də qaytarır. Adi ağrıkəsici belə verilmir ki, bir az sakitləşsin. Mən Ədliyyə Nazirliyindən, Pentensiar Xidmətin rəhbərliyindən xahiş edirəm ki, Azərin səhhəti ilə maraqlansınlar, onun müalicəsi ilə məşğul olsunlar”.

Xatırladaq ki, bir neçə mətbuat orqanında, eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov 2025-ci ilin fevral ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az