Bu ölkədə universitet tələbələri İsrailə qarşı “akademik boykot” aksiyasına başladı

16:30 - 13 May 2024

Bu ölkədə  universitet tələbələri İsrailə qarşı “akademik boykot” aksiyasına başladı

Belçikanın Brüssel Azad Universitetinin tələbələri İsraillə bütün akademik əlaqələrin kəsilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Brüssel Azad Universitetinin tələbələri öz şəhərciklərindəki yeməkxananın yerləşdiyi binada məskunlaşmağa başlayıblar.

VUB-da siyasi elmlər üzrə təhsil alan 18 yaşlı Johanna Pinket verdiyi açıqlamada, "Biz İsrailin tam akademik boykot edilməsini istəyirik. Digər universitetlərdə də eyni tələblərin olduğunu gördük. Həqiqətən də bunu istəyirik.VUB ilə İsrail institutları və universitetləri arasında tam  akademik boykot tələb edirik”.

Pinket, "Bir tələbə olaraq, həqiqətən də üzərimizə bir məsuliyyət düşdüyünü düşünürəm. Qəzzada hər bir universitetin bombalandığını görmək biz tələbələr üçün çox ağrılıdır. Buna görə də Qəzzada olan tələbə dostlarımızla böyük həmrəylik nümayiş etdiririk" deyib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin