Mirzoyan Taniyə sülh prosesindən danışdı

22:37 - 28 Aprel 2024

Mirzoyan Taniyə sülh prosesindən danışdı

Dohada rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Tani ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər öncə ikitərəfli əlaqələri müzakirə ediblər.

Bundan əlavə, Mirzoyan həmkarına Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son hadisələri bildirərək, ərazi bütövlüyünün qarşılıqlı tanınması və 1991-ci il Almatı bəyannaməsinə əsaslanan sülh müqaviləsi, eləcə də delimitasiya prosesində irəliləyişin vacibliyini vurğulayıb.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin