“Bütün cinayət işləri bu modullar vasitəsilə araşdırılır” - Yeniləndi

10:57 - 2 Aprel 2024

“Bütün cinayət işləri bu modullar vasitəsilə araşdırılır” - Yeniləndi

Baş Prokurorluğun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, konfransda bir çox vəzifəli şəxslər iştirak edir. 

Konfransda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokuror Kamran Əliyev, Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Ombudsman Səbinə Əliyeva, ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəis müavini Allahverən İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun çıxışları nəzərdə tutulub.  

Tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev bildirib ki, ədalət mühakiməsinin həyata keçirilməsində, o cümlədən cinayət mühakimə icraatında rəqəmsallaşma müasir dövrün tələbidir.

O əlavə edib ki, ölkəmizdə hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun fəaliyyətində də rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra işlər görülüb: “Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi yaradılıb. 1 aprel 2023-cü il tarixdən “Elektron prokurorluq” informasiya sisteminin əsas modulları istifadəyə verilib.  2023-cü ilin sentyabr ayından isə cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq informasiya sisteminin “İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib. Hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların araşdırılmasına dair materialların bu modullar vasitəsilə aparılması təmin edilir”.

***

Ədliyyə naziri Fərid Əhmədov deyib: “Bu gün biz elektron ədalət mühakiməsinin vahid pəncərəsini formalaşdırmışıq”.

Nazir bildirib ki, “Elektron Ədalət Mühakiməsi” sistemi vasitəsilə dövlət orqanları arasında daha çevik məlumat mübadiləsi aparılması mümkün olacaq: “Biz bu prosesdə vahid elektron ədalət mühakiməsi üçün önəmli yol açacağıq”.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin