Tokayev İrəvanda məşhur heykəltəraşın heykəlini hədiyyə etdi

22:37 - 15 Aprel 2024

Tokayev İrəvanda məşhur heykəltəraşın heykəlini hədiyyə etdi

Ermənistanda səfərdə olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkənin Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutuna məşhur heykəltəraş Eduard Kazaryanın əsərini hədiyyə edib.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tokayev Ermənistana rəsmi səfəri çərçivəsində institutda olub. Onu Ermənistan parlamentinin sədri Alen Simonyan və təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan müşayiət edib.

Tokayev instituta Almatıda anadan olmuş Kazaryanın "Matenadaran" adlı bürünc ərintidən hazırlanmış heykəlini hədiyyə edib.

"Matenadaran" şirkətinin direktoru Ara Xzmalyan öz növbəsində Qazaxıstan rəhbərinə ingilis dilində girişi olan nadir qıpçaq əlyazmasının (erməni dilində yazılmış) nüsxəsini təqdim edib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin