Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNDİ
2 May 2024
11:35 - 19 Aprel 2024
Baş prokuror Kamran Əliyev aprelin 26-sı saat 10:00-da Ağdaş Rayon Prokurorluğunun inzibati binasında Ağdaş, Yevlax, Ucar və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.
Manset.az xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin