Kişilər gözəl qadına daha az yalan söyləyir - ARAŞDIRMA

10:39 - 23 Aprel 2024

Kişilər gözəl qadına daha az yalan söyləyir - ARAŞDIRMA

Cazibədar qadın üzləri kişilərin daha dürüst davranmasında mühüm rol oynayır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrailin Ariel Universitetinin araşdırma aparıb.

Təcrübələrdə tədqiqatçılar 110 kişi iştirakçıya gözəl qadın şəkli təqdim edib və onların daha az hiyləyə əl atdığını müəyyən ediblər.

Beləki, təcrübədə kişilərə təqdim edilən fotoşəkildəki qadının araşdırma apardığı və onlara bir qədər pul verəcəyi deyilib. Lakin zarın üzərinə atdıqları rəqəmə görə məbləği geri qaytarmalı olduqları bildirilib.

Kişilərin yalan danışaraq daha az sayı söyləmələri, yəni daha az pul geri qaytarmaları mümkün idi. Çünki tədqiqat qrupu zarı yoxlamırdı. Buna baxmayaraq, yalan nisbəti çox aşağı olub.

Digər tərəfdən, eyni təcrübədə qadınlar daha az dürüst davranıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin