XİN Malayziyaya başsağlığı verdi

14:26 - 23 Aprel 2024

XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Malayziyada Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində insan tələfatının olması ilə bağlı bu ölkəyə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib:

“Malayziyada Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması xəbəri bizi dərindən kədərləndirdi. Bu dəhşətli faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu çətin anda dost Malayziya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk”.

Qeyd edək ki, Malayziyanın Lumut şəhərində paradla bağlı təlim uçuşu həyata keçirən iki helikopter toqquşub. Hadisə nəticəsində 10 nəfər həlak olub. Dünyasını dəyişənlərin hamısı ekipaj üzvləri olub.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin