Nüvə danışıqları başlayacaq? - İran şərtlərini açıqladı

08:56 - 04 İyul 2025

Nüvə danışıqları başlayacaq? - İran şərtlərini açıqladı

ABŞ və İran arasında nüvə danışıqları yenidən gündəmə gəlib. Hətta tərəflər yaxın günlərdə Norveçin paytaxtı Osloda masa arxasına keçə bilər.


Manset.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, İran ABŞ-ilə dolayı təmasları inkar etmir və diplomatik kanalların aktiv olduğunu vurğulayıb:

“Bizim Xarici İşlər nazirimiz Oman, Qətər və digər ölkələrlə məsləhətləşmələr aparır. Diplomatiya heç vaxt dayanmayıb”.

Bekayi eyni zamanda Vaşinqtona açıq mesaj göndərib:

“Onlar (ABŞ) əgər səmimi olduqlarını göstərmək istəyirlərsə, diplomatiyaya sadiq olduqlarını sübut etməlidirlər. Diplomatiya heç vaxt psixoloji müharibə və ya aldatma alətinə çevrilməməlidir”.

Xatırladaq ki, ABŞ-nin “Axios” qəzeti Ağ Evə yaxın mənbələrə istinadən yazıb ki, Vaşinqton və Tehran nümayəndələri gələn həftə Osloda nüvə müzakirələrinə başlaya bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az