Paşinyan qondarma “soyqırım” iddialarını buraxmalıyıq deyə xalqa çağırış etdi

11:25 - 26 Aprel 2024

Paşinyan qondarma “soyqırım” iddialarını buraxmalıyıq deyə xalqa çağırış etdi

Ermənistanın baş naziri Nikol Paşinyan yeni açıqlamasında erməni xalqını 1915-ci il "iddiaları"nı unutmağa və gələcəyə baxmağa çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Paşinyan açıqlamasında qondarma “soyqırım” iddiaları qarşısında “şikayət etməyi buraxmalıyıq” deyə xalqa çağırış edib.

Qeyd edək ki, əvvəlki bəyanatında Paşinyanın qondarma “soyqırım” əvəzinə “böyük fəlakət” ifadəsini işlətməsi ölkəsində mübahisə yaratmışdı.

Ermənistan ictimaiyyəti Paşinyanın açıqlamalarını İrəvan-Ankara yaxınlaşması ilə əlaqələndirmişdi.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin