Bakıda 2 nəfər özünü binadan atdı

09:27 - 30 Aprel 2024

Bakıda 2 nəfər özünü binadan atdı

Bakıda iki intihar hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisələrdən biri Nərimanov rayonu F.X.Xoyski küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədəki 16 mərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü 11-ci mərtəbədən atıb. Özünü yaşadığı mənzilin mətbəxindən atan 37 yaşlı kişi hadisə yerində ölüb.

Oxşar hadisə Nizami rayonu Q.Qarayev prospektində də baş verib. 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzildən atıb. O, hadisə yerində dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin