logo
logo logo
logo

Azərbaycandan Ermənistana sülh testi - Qarabağda yeni reallıq, İrəvanda isə köhnə ritorika?

14:00 - 15 Sentyabr 2026

Azərbaycandan Ermənistana sülh testi - Qarabağda yeni reallıq, İrəvanda isə köhnə ritorika?

Azərbaycanda akkreditə olunmuş dilomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə olan səfərinə Ermənistan mediasında bir tərəfli yanaşıldı, əsil revanşizm əhval-ruhiyyəsində erməni cəmiyyətinə təqdim edildi.


Səfərlə bağlı ilkin məlumatların yayılmasından sonra Ermənistanın bir sıra media resurslarında Qərb diplomatlarının hədəfə alınması, Gəncəsər və Xudavəng ətrafında dırnaqarası “mədəni irs” kampaniyasının aparılması, Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına alan siyasi çağırışların səsləndirilməsi, təhlillərin yer alması  diqqət çəkən məqamlardan oldu. Münaqişədən illər keçib, hazırda masada sülh gündəliyinin olduğu bir məqamda  ortya belə bir sual çıxır, erməni mediası öz cəmiyyətini nəyə hazırlayır, sülhəmi, yoxsa yenə də ənənəvi  düşmənçiliyə, revanşizmə səsləyir? Bu barədə bir qədər sonra. Öncə xatırladaq ki, diplomatların bu dəfəki səfərinin özü, əslində  kifayət qədər aydın və xoşməramlı mesajlarla dolu idi: Azərbaycan, azad etdiyi əraziləri beynəlxalq ictimaiyyətə açıq şəkildə təqdim edir, burada görülən işlər nümayiş olunur, tarixi abidələrin, mədəni irsin kimə məxsusluğundan asılı olmayaraq bərpa və mühafizəsi, eləcə də gerçək tarixi faktlar dünyaya göstərilir.


Görünür, Ermənistan mediasını narahat edən də elə məhz bu məqamlardır. Görünür erməni KİV-lərinin  böyük hissəsi hələ də Azərbaycanın ərazi bütövlüyünü və bölgədə yaranmış yeni reallığı qəbul etməkdə çətinlik çəkir. Erməni mətbuatında tirajlanan xəbərlərdə “işğal olunmuş Artsax”, “Bakının nəzarətində olan Artsax”, “işğal olunmuş Şuşa” kimi yersiz ifadələr işlədilir. https://armenianreport.com/ru/pubs/451337/ 

https://armenianreport.com/ru/pubs/451256/ 

https://armenianreport.com/ru/pubs/451293/ 

Diplomatların baş çəkdiyi Zəfər Parkının adı kiçik hərflə və dırnaq içərisində təqdim olunur. Şərqi Zəngəzur ifadəsi də dırnaq içərisində yazılır, Qafqaz Albaniyasına aid tarixi-dini abidələrin adları isə Azərbaycan terminologiyası ilə deyil, erməni variantında göstərilir. Məsələn, “Artsakh News”, “168.am” və “Infocom” kimi media resurslarında isə Hikmət Hacıyevin bəzi tarixi abidələrin Qafqaz Albaniyası irsinə aid olması barədə təqdimatı nə qədər gülməli də olsa “tarixin saxtalaşdırılması” kimi təqdim edilməyə çalışılıb.  Ona görə gülməli deyirik ki, əslində erməni jurnalistləri qədim erməni tarixi kimi təqdim olunan bu içi ağ vərəqlərlə dolu kitablara buyurub aydınlıq gətirməli, bu cür üstü bəzək, içi təzək saxta tarix kitablarından utanmalı, əsrin saxtakarlğından ar etməli idilər, amma   qarşı tərəfi saxtakarlıqda ittihamladılar ki, bu da əsil erməni xislətinə xasdır.  


Diplomatların səfəri ilə bağlı ən geniş yayılan tənqidi çıxışlardan biri isə “Artsax Turizm və Mədəniyyətin İnkişafı Agentliyi” adlı qondarma təşkilatın rəhbəri Sergey Şahverdyanın xarici diplomatlara ünvanladığı açıq məktubu idi. Məktubun əsas şüarı isə “etnik təmizləmənin turist marşrutuna çevrilməsinə imkan verməyin” çağırışıdır. Burada da ortaya yenə haqlı  sual çıxır:  axı işğal dövründə xarici ölkələrdən, o cümlədən Fransadan və ABŞ-dən siyasi fiqurların seçki kampaniyaları zamanı Qarabağa gətirilməsi Ermənistan mediasında və separatçı dairələrdə “turizm marşrutu” və ya “etnik təmizləmə” mövzusunda nədən narahatlıq doğurmurdu? Amma bu gün bütün dünya tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi kimi qəbul edilən Qarabağa akkreditə olunmuş diplomatların səfəri   erməni mediasında “təbliğat kampaniyası” kimi qələmə verilir. Eyni narahatlıq Kəlbəcərlə bağlı səsləndirilən fikirlərdə də özünü göstərir. Hikmət Hacıyevin “Kəlbəcər tezliklə ən gözəl şəhərlərimizdən biri olacaq” fikrinin İrəvanda bəzi media nümayəndələrində ciddi qıcıq yaratması da təsadüfi deyil. Çünki burada söhbət yalnız bir şəhərin bərpasından getmir. Söhbət müharibədən sonra yeni həyatın qurulmasından və Azərbaycanın azad etdiyi ərazilərin gələcək inkişaf perspektivindən bəhs olunur.


Bütün bunlar ilk baxışdan ayrı-ayrı media materialları, ifadələr və jurnalist yanaşmaları kimi görünə bilər. Lakin bu detallar paradoksal vəziyyət yaratmış olur. Əgər azad edilmiş Azərbaycan əraziləri Ermənistan mediasında hələ də “işğal olunmuş” kimi təqdim edilirsə, tarixi Azərbaycan toponimləri bilərəkdən başqa adlarla əvəzlənirsə, Azərbaycanın suveren ərazisinə səfər edən xarici diplomatlar hədəfə alınırsa, o zaman sual yaranır: Ermənistan cəmiyyəti gerçək  sülhə nə dərəcədə hazırdır? Daha vacib sual isə budur: Ermənistan mediası öz cəmiyyətini sülhə, yoxsa yeni qarşıdurmaya hazırlayır? Çünki sülh yalnız siyasi sənədin imzalanması ilə əldə edilmir. Sülh həm də toplumun düşüncəsində, mediada, ictimai diskursda və qarşı tərəfə münasibətdə yaranmalıdır. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən Azərbaycanın beynəlxalq səviyyədə  tanınan ərazilərini hələ də “işğal olunmuş Artsax” kimi təqdim etmək, revanşist ritorikanı növbəti dəfə dövriyyəyə buraxmaq və bölgədəki yeni reallığı qəbul etməmək bu proseslə ziddiyyət təşkil etmirmi?  Azərbaycanın öz suveren ərazisinə kimləri dəvət etməsi və hansı marşrutla aparması təbii ki, onun suveren hüququdur. Bu məsələdə Azərbaycana, eləcə də  Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatlara təzyiq göstərilməsi və hədə-qorxu dilindən istifadə edilməsi də qəbulolunmazdır.  


Diplomatların Qarabağa səfərinə Ermənistan mediasında verilən reaksiyalar bir daha göstərir ki, regionda sülhün qarşısındakı əsas problemlər sırasında yalnız siyasi məsələlər dayanmır. Problem həm də illərlə formalaşdırılmış ictimai təsəvvürlərin dəyişməz qalmasındadır. Məhz bu baxımdan Ermənistan  konstitusiyasında  və siyasi müstəvisində qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edən müddəalardan imtina olunması ilə bağlı Azərbaycanın tələbi, xüsusi əhəmiyyət daşıyır. Çünki davamlı sülh yalnız xəritədə sərhədlərin müəyyənləşməsi ilə deyil, həm də qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qəbul edilməsi ilə mümkündür.


Ermənistan mediasının bugünkü ritorikası isə göstərir ki, bu istiqamətdə görüləsi iş hələ çoxdur. Əgər cəmiyyətə hər gün köhnə düşmənçilik dili, köhnə xəritələr və köhnə ərazi iddiaları təqdim ediləcəksə, o zaman sülh sazişinin də kağız üzərində qalması riski yarana bilər. Bu səbəbdən diplomatların Qarabağa səfəri təkcə Azərbaycanın azad edilmiş ərazilərində görülən işlərin nümayişi deyil. Eyni zamanda, Ermənistan cəmiyyətində və mediasında sülhə münasibətin əsl mənzərəsini göstərən bir növ siyasi-ictimai test oldu. Və bu testin nəticələri İrəvanın hələ də keçmişin stereotiplərindən tam qurtula bilmədiyini göstərir.

QAFQAZ  CƏNUBLU 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az