"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları İrəvana çatıblar

14:58 - 9 May 2024

"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvana çatıblar.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü İrəvana çatıb. Yürüş iştirakçılarının artıq Respublika meydanına doğru irəlilədiyi bildirilib. Onlar yerli vaxtla 16:00-da Respublika meydanında mitinq keçirməyi planlaşdırır.

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin